Ölkə

AZAL təyyarəsinin qara qutusu Braziliyaya çatdırıldı: Araşdırmalar başladı

3 Yanvar 2025 22:55
Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AZAL-a məxsus və Aktau yaxınlığında qəzaya uğramış təyyarənin qara qutuları Braziliyaya çatdırılıb.

Bu barədə Braziliyanın tanınmış G1 portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, mütəxəssislər artıq qara qutulardan əldə edilən məlumatların analizinə başlayıblar. Araşdırma prosesində Qazaxıstan, Azərbaycan və Rusiya mütəxəssislərinin iştirakı təsdiqlənib. Onlar hadisənin səbəblərini müəyyənləşdirmək üçün qara qutulardan əldə edilən qeydləri təhlil edirlər.

Hadisə ilə bağlı beynəlxalq araşdırmanın aparılması, bu qəzanın bütün mümkün səbəblərini aydınlaşdırmaq və belə faciələrin qarşısını almaq üçün vacib bir addım olaraq qiymətləndirilir. Nəticələrin yaxın zamanda açıqlanması gözlənilir.( Yeni Musavat )

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.