Dünya

Daha bir təyyarə qəzası - ölənlər var

5 Yanvar 2025 19:34
Baxış: 1 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın NSW Mid North Coast bölgəsində yüngül təyyarə qəzaya uğrayıb, iki nəfər həyatını itirib

Milli.Az xəbər verir ki, yüngül təyyarənin okeana düşməsi nəticəsində həlak olan iki nəfərdən biri təcrübəli pilot Mark White olaraq müəyyən edilib.

Hadisə şənbə günü saat 16:00 radələrində baş verib. Təyyarənin qəzaya uğradığı barədə məlumat daxil olduqdan sonra təcili yardım xidməti Nambucca Heads yaxınlığındakı Gaagal Wanggaan Milli Parkına çağırılıb.

Bir şahid polisə yaxınlıqdakı ərazidə yüngül təyyarənin dənizə düşdüyünü gördüyünü bildirib.

Qəzadan qısa müddət sonra təyyarənin qalıqları Nambucca Heads-in təxminən 1,5 km cənub-şərqində suda aşkarlanıb.

NSW Polisinin təsdiqinə görə, təyyarədə olan iki nəfərin hər ikisi hadisə yerində həlak olub.

67 yaşlı Mark White yerli Midcoast Microlights uçuş məktəbində təcrübəli pilot və təlimatçı idi. Hadisə zamanı onun 69 yaşlı sərnişini ilə məşq etdiyi güman edilir.

Hər iki şəxsin cəsədi təyyarənin qalıqlarından çıxarılıb.

Qəza baş verməzdən təxminən 30 dəqiqə əvvəl təyyarənin Coffs Harbour hava limanından havaya qalxdığı məlum olub.

Qəzanın səbəbi bəlli deyil.


Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.