Azərbaycanda tanınmış həkimin qızı ərini amansızlıqla öldürdü - Təfərrüat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
08:00
Salyan rayonunun Yeni Uluxanlı kəndində dəhşətli qətl hadisəsi baş verib. 38 yaşlı Mətanət Hüseynova həyat yoldaşı Röyal Hüseynovu amansızcasına qətlə yetirib.
Belə ki, Mətanət Hüseynova aralarında yaranmış mübahisə zamanı Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq onun həyatına son qoyub.
Cinayəti ört-basdır etmək məqsədilə ertəsi gün meyiti hissələrə bölərək yaxınlıqdakı kollektora atıb.
"Qardaşım dekabrın 17-dən itkin düşüb, yoldaşı bunu bizə ayın 19-u deyib. Polislərə müraciət etdik, tapdılar. Həyat yoldaşı çox yalanlar danışırdı, buna görə də ona inanmırdım. Üç övladları var, bir balasını balaca qardaşım yanında saxlayır. Aralarında münaqişə olurdu, dolana bilmirdilər. O qadının atası da qızından imtina edib", - deyə mərhumun qardaşı jurnalistlərə açıqlamasında söyləyib.
Qeyd edək ki, faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb. Mətanət Hüseynova polis əməkdaşları tərəfindan saxlanılaraq istintaqa təhvil verilib və Prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Mətanət Hüseynova və iki yeniyetmə övladının hazırda polis nəzarətində olduğu və istintaqın davam etdiyi bildirilir.
Məlumata görə Mətanət Hüseynovanın atası Fədai Salmanov tanınmış cərrahdır və Neftçala Mərkəzi Xəstəxanasında işləyir. O, açıqlamasında qızı ilə münasibətinin olmadığı bildirib. (bakutv)
-----------------
2025.01.07
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Salyanda törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb.
Milli.Az-a daxil olan birgə məlumatda qeyd olunur ki, Salyan rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi müəyyən edilib.
Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 17 dekabr 2024-cü il tarixdə 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib.
Röyal Hüseynovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.
08:02
Salyanda kişi qətlə yetirilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Yeni Uluxanlı kəndində itkin düşmüş kimi axtarışı aparılan 41 yaşlı Röyal Hüseynovun həyat yoldaşı tərəfindən öldürülməsi polis əməkdaşları tərəfindən müəyyən edilib.
Məlum olub ki, 1986-cı il təvəllüdlü Mətanət Hüseynova həyat yoldaşını ov tüfəngi ilə qətlə yetirdikdən sonra izi itirmək üçün cəsədi hissələrlə kanala atıb.
Araşdırma aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu
-
Qaxda bıçaqlanma
-
"Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu
-
Şəmkirdə 12 yaşlı qızı bacısı öldürübmüş - (Yenilənib)
-
Ata-anasını döydüyünə görə qardaşını öldürdü, oğlu şikayətçi olmadı
-
Bankdan 200 minlə çıxan şəxsi soydular - (Video)
XƏBƏR LENTİ
-
Bakıda futbol meydançasında meyit tapıldı
-
8 mərtəbəli hospital satışa çıxarıldı
-
Ağdərədə mina partladı: Xəsarət alanlar var
-
Ceki Çan Bakıya gəldi
-
“Qarabağ”ın potensial rəqibi bu gün bəlli olacaq
-
Məzənnələr açıqlandı: Avroda artım qeydə alındı
-
Paytaxtda küçələrdən birinə Elçinin adı verildi
-
Kriştianu Ronaldo toy hazırlığına başlayıb
-
Polis iki gün ərzində 69 cinayətin üstünü açıb
-
Ukrayna Rusiyanın müharibədəki itkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb
-
Dünyanın ən faydalı tərəvəzi seçildi - Min bir dərdin dərmanı
-
Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb - (Video)
-
Braziliyada 15 yaşlı futbolçu oyun zamanı güllələnərək öldürüldü
-
Dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü - (Foto)
-
Yeni model üzrə müəllim qəbulu: Müsahibələr start götürdü
-
200 milyon dollarlıq Fond - Vəsaitlər hara yönələcək?
-
Tərtərdə narkotik əməliyyatı: 5 kiloqram narkotik vasitə aşkarlanıb
-
Moskvadan Bakıya toya gələn xalaoğulları dənizdə boğuldu
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı sabah keçiriləcək
-
Çox insanın sevdiyi yemək xərçəngə səbəb olurmuş
-
Kolleclərə ixtisas seçimi başladı
-
İrandan Almaniyaya aparılan yükdə 112 kiloqram heroin tapıldı
-
Neft qiymətləri yenidən ucuzlaşdı
-
Magistraturaya qəbul olunanların qeydiyyatı başlayır





