Xəbər verdiyimiz kimi, Çinin Tibet Muxtar Bölgəsində baş verən güclü zəlzələ nəticəsində 53 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb.
Milli.Az xəbər verir ki, məlumatlara görə, zəlzələnin maqnitudası 7,1 bal təşkil edib. Təbii fəlakətin episentri Şiqatse şəhərindən 163 kilometr cənub-qərbdə, 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində çoxlu binalar uçub və ciddi dağıntılar qeydə alınıb. Hazırda bölgədə xilasedicilər çalışır və əhali təhlükəsiz yerlərə təxliyə edilir.
Zəlzələ nəticəsində yaranan dağıntılara dair bəzi görüntüləri təqdim edirik:
Fidan
Milli.Az