Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda baş verən güclü zəlzələ zamanı azı 126 nəfər ölüb,188-i yaralanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Çin dövlət televiziyası məlumat verib.
Qeyd olunub ki, bu gecə ərazidə temperaturun 16 dərəcəyədək enəcəyi proqnozu səbəbilə genişmiqyaslı xilasetmə əməliyyatına start verilib. Bildirilib ki, dağıntılar altında sağ qalanların əksəriyyəti bu gecə donvurmadan ölə bilər.
Xatırladaq ki, 10 kilometr dərinlikdə baş verən 7,1 bal gücündəki zəlzələ Tibetlə qonşu olan Nepal və Hindistanın bəzi bölgələrində də hiss olunub.
-------
12:48
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş vermiş 6.8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
Milli.Az xəbər verir ki, bu barədə CGTN nəşri məlumat yayıb.
Məlumata görə, zəlzələ nəticəsində azı 130 nəfər yaralanıb.
Qeyd edilir ki, Çin hökuməti TMR-da baş vermiş zəlzələ ilə əlaqədar alpinist-turistlərin Comolunqmaya (dünyanın ən hündür dağı) səyahətinə müvəqqəti qadağa qoyub.
12:24
Çinin zəlzələnin baş verdiyi bölgəsində 3-cü dərəcəli fövqəladə vəziyyət elan edilib.
APA CGTN-ə istinadən məlumatına görə, bu barədə ölkənin Dövlət Şurasının Fövqəladə Vəziyyətlərin İdarəolunması İdarəsi qərar verib.
Bildirilib ki, əhaliyə operativ dəstək göstərilməsi məqsədilə əraziyə xilasedicilər cəlb olunub.
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində zəlzələ nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
6,8 bal gücündəki yeraltı təkanların episentri Şiqatse şəhəri yaxınlığında yerləşib.
09:40
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən zəlzələ nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb, azı 60 nəfərin yaralandığı deyilir.
Milli.Az xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri məlumat yayıb.
Məlumata görə, 6.8 bal gücündə zəlzələ baş verib və episentri Everest bölgəsinə şimaldan aparan yolun üzərində yerləşən Tinqri rayonu olub. Bundan əvvəl isə ABŞ Geoloji Xidməti Nepal sərhədi yaxınlığında TMR-də 7,1 bal gücündə zəlzələ qeydə alındığını bildirmişdi.
Zəlzələ bundan başqa Nepalda, Butanda və Hindistanda binaları silkələyib. Dağıntı və itkilər barədə məlumat verilmir.
08:34
Himalayın şimal ətəklərində Tibetdəki ən müqəddəs şəhərlərdən birinin yaxınlığında 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ Nepal, Butan və Hindistanda binaları silkələyib və insan tələfatına səbəb olub.
Milli.Az xəbər verir ki, Xinhua xəbər agentliyinin son məlumatlarına görə, zəlzələ nəticəsində 32 nəfər həlak olub, 38 nəfər isə yaralanıb.
Çin Zəlzələ Şəbəkələri Mərkəzinin məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 09:05-də Tingri adlı bölgədə, Everest regionuna şimaldan giriş kimi tanınan kənd rayonunda, 10 km dərinlikdə baş verib.
Daha əvvəl milli televiziya kanalı CCTV, Tibet tərəfdə azı 9 nəfərin öldüyünü bildirmişdi.
---------
08:25
Çin Zəlzələ Şəbəkələri Mərkəzinin məlumatına görə, Tibetdəki ən müqəddəs şəhərlərdən birinin yaxınlığında 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ Şigatse ətrafında binalara zərər vurub və qonşu Nepal və Hindistanda insanları küçələrə qaçmağa məcbur edib.
Milli.Az xəbər verir ki, çərşənbə axşamı saat 9:05-də 10 km (6,2 mil) dərinlikdə baş verən zəlzələ nəticəsində 9 nəfər həyatını itirib.
"Dingri rayonu və onun ətraf ərazilərində çox güclü təkanlar hiss olunub, episentrə yaxın bir çox bina uçub," deyə dövlət televiziyası CCTV məlumat yayıb.
"Reportyor bildirib ki, indiyə qədər 9 nəfərin öldüyü təsdiqlənib," əlavə edərək qeyd edib ki, saat 10:00-a qədər "bir neçə afterşok" qeydə alınıb.
----------
07:49
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində baş verən güclü zəlzələ ciddi dağıntılara və insan tələfatına səbəb olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb.
Hazırda ölənlərin dəqiq sayı məlum olmasa da, yerli hakimiyyət orqanları axtarış-xilasetmə işlərinə başlayıb və zəruri resursları səfərbər edib. Zəlzələ bölgəsində yeraltı təkanların təkrarlanma ehtimalı səbəbindən əhali təxliyə edilir.
Hadisənin miqyası və dəqiq nəticələri ilə bağlı əlavə məlumatların verilməsi gözlənilir.
------------
06:45
Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində 7 bal gücündə zəlzələ qeydə alınıb.
Milli.Az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 80 min nəfərə yaxın əhalisi olan Şiqatse şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Milli.Az