Ölkə

Azərbaycanda metapnevmovirusa yoluxan var? - RƏSMİ

7 Yanvar 2025 10:41
Baxış: 1 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son məlumatlara görə, Çində geniş yayılan insan metapnevmovirusu (hMPV) Qazaxıstan və Qırğızıstana da keçib. Bu virus tənəffüs yollarını zədələyir və əsasən damcı yolu ilə ötürülür. Xüsusilə uşaqlar və immuniteti zəif olan şəxslər arasında sürətlə yayılır. Mövsümi xarakter daşıyan virus qripəbənzər simptomlarla özünü göstərir.

Bəs Azərbaycanda metapnevmovirusa yoluxma faktı qeydə alınıb?

Milli.Az xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, metapnevmovirusa ölkəmizdə yoluxma qeydə alınmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.