İdman

100 milyon havaya sovruldu: Premyer Liqa klubu onu satır

5 Yanvar 2025 13:35
Baxış: 2 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"i braziliyalı cinah oyunçusu Antoninin çıxışından məyusdur.

Milli.Az xəbər "qırmızı şeytanlar"ın rəhbərliyi futbolçunu satmaq və ya heç olmasa icarəyə vermək niyyətindədir, lakin hələlik braziliyalını transfer etmək istəyən yoxdur.

İngiltərə klubu Antoninin yüksək səviyyədə oynaya bilməyəcəyinə əmindir və onunla vidalaşmağa hazırdır. Əsas problem cinah oyunçusunun yüksək məvacibidir ki, bu da potensial alıcıları ruhdan salır.

İngiltərədə olduğu müddətdə Antoni 94 oyun keçirib və cəmi 17 qol vurub. Bu mövsüm braziliyalı 12 oyun keçirib və 1 qol vurub. Futbolçu 2022-ci ildə alınıb. Ona görə "Mançester Yunayted" "Ayaks"a 95 milyon avro ödəyib./publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.