Şou-biznes

Madonna özündən 38 yaş kiçik sevgilisi ilə nişanlanıb - FOTO

5 Yanvar 2025 18:32
Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur amerikalı müğənni Madonna yeni fotolarında möhtəşəm bir üzüyü nümayiş etdirərək gənc sevgilisi ilə nişanlandığına işarə vurub.

Milli.Az xəbər verir ki, 66 yaşlı ulduz "Instagram" səhifəsində bir sıra şəkillər paylaşıb. Şəkillərdə o, övladları və 28 yaşlı amerikalı futbolçu Akim Morris ilə görünüb. 

Madonna bu görüntülərdə ailəsi və dostları ilə Yeni il şənliyində restoran mühitində əylənərkən çəkilib. Lakin izləyicilərin diqqətini daha çox başqa bir detal cəlb edib.

Fotolardan birində Madonnanın adsız barmağında böyük bir brilyant üzük görünür. Müğənni əlinin üzüyü daha aydın görsətməsi üçün onu kameraya yaxınlaşdırıb. O, Yeni il ziyafətinə qara rəngli geyimdə qatıldığı üçün qızıl çərçivədəki bu böyük parlaq brilyant üzük çox sayda fotoda diqqəti cəlb edib.

Madonna bu barədə ətraflı məlumat verməyib və evlilik planları ilə bağlı dəqiq açıqlama etməyib. Fotoşəkillərin şərh bölməsində isə o, izləyicilərini Yeni il münasibətilə təbrik edib və sevgi və cəsarətli insanlara tost qaldırmağı təklif edib:

"Mən cəhənnəmdə oldum və geri qayıtdım, icazə verin deyim ki, bu möhtəşəm idi! Bu sözləri Yeni il öncəsi Tokioda keçirilən Luyza Burjo sərgisində eşitdim. Bu ifadə sanki məndən alınmışdı. Ana və sənətkar olmaq həm sevinc, həm də əzabdır. Mən başqa cür bir həyat təsəvvür edə bilmirəm. Daha çox sevgi, xoşbəxt uşaqlar, möcüzəvi düşüncə, möhkəm sağlamlıq və əbədi xeyir-dualar üçün. Mən cəsarətli olan hər kəsə minnətdaram və onları alqışlayıram - bu həyatda və digər həyatlarda. 2025-ci ildə mən hər kəsin özü olmağa cəsarət etdiyi üçün qədəh qaldırıram".

Xatırladaq ki, Madonna iki dəfə ailə qurub. Onun ilk əri 1985-1989-cu illərdə evli olduğu aktyor Şon Penn olub. Daha sonra, 2000-ci ildə müğənni Qay Riçi ilə ailə həyatı qurub, onların münasibətləri səkkiz il davam edib. 

Madonnanın özündən 38 yaş kiçik futbolçu ilə münasibətləri haqqında ilk dəfə ötən ilin iyul ayında məlumat yayılmışdı. Hətta onların ayrıldığına dair şayiələr yayılmışdı, lakin Madonna özü sevgilisi ilə yeni fotolar paylaşaraq bu məlumatları təkzib etmişdi.//Qaynarinfo 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.