Hadisə

Mingəçevirdə güclü yanğın olub - Yenilənib - VİDEO

5 Yanvar 2025 20:15
Baxış: 2 263
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

20:15

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1500kv.m. sahədə qamışlıq ərazi yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

----------
19:10

Mingəçevirdə güclü yanğın başlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınmış şəhərciyin yaxınlığındakı ərazini əhatə edir.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.