Şou-biznes

Fatimə Fətəliyeva DİN-ə müraciət etdi

3 Yanvar 2025 23:36
Baxış: 1 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəqqasə Fatimə Fətəliyeva Daxili İşlər Nazirliyinə müraciət edib.

Fatimə Fətəliyeva şəxsi İnstaqram səhifəsində polisə müraciəti yayımlayıb: "Son vaxtlar mənim və digər tanınmış şəxslərin adından istifadə edilərək insanları aldatmağa cəhd edən şəxslərin artdığı müşahidə olunur. Bu, təkcə mənim deyil, bir şəxsin adının və nüfuzunun qanunsuz şəkildə istifadə olunmasına səbəb olur və eyni zamanda insanları maddi və mənəvi zərərə uğradır. Bu vəziyyətin qarşsını almaq və günahkarların qanun qarşısında cavab verməsi üçün sizdən xahiş edirəm ki, bu məsələ ilə bağlı aidiyyəti tədbirlər görülsün. Belə hallar vətəndaşlar arasında inamsızlıq yaradır və həmçinin cəmiyyətə mənfi təsir göstərir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.