Çinin "China National Railway Group" şirkəti Pekində innovativ yüksəksürətli elektrik qatarı təqdim edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu futuristik qatar artıq dünyanın ən sürətlisi adlandırılır, çünki sınaq zamanı sürəti inanılmaz həddə - saatda 450 km-ə çatır. Ancaq müntəzəm reyslər zamanı o bir qədər "yavaş" - təxminən saatda 400 kilometr sürətlə hərəkət edəcək.
Tərtibatçıların sözlərinə görə, qatarın prototipi sürət, enerji səmərəliliyi, daxili səs-küy səviyyəsi və digər xüsusiyyətlərə görə dünyada liderdir. Xüsusilə əyləc göstəricisi təəccüblüdür: mühəndislər əyləcləmə məsafəsinin qatarın sürətindən demək olar ki, asılı olmamasına nail olublar. Bu, sərnişinlərin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır.
Milli.Az