Polis "TikTokda" dələduzluq edən şəxsi müəyyən edib.
Milli.Az xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində onlayn üsulla dələduzluq edən Nihad Adilov saxlanılıb.
O, "TikTok" sosial şəbəkəsində yaratdığı saxta "Kərpic Zavodu" adlı səhifə vasitəsi ilə kərpic satmaq adı ilə vətəndaşlardan müxtəlif məbləğlərdə beh alıb və daha sonra onları blok edərək maddi vəsaitləri qanunsuz yolla ələ keçirib. Onun 100 nəfərə yaxın vətəndaşa qarşı bu üsulla dələduzluq etdiyi ehtimal olunur.
N.Adilovun əməllərindən əziyyət çəkən vətəndaşlar varsa, polisə müraciət edə bilərlər.
Milli.Az