Təhsil

Onlara yeni vəzifə verildi

8 Dekabr 2025 12:13
Baxış: 426
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Asim Yusifov Masallı Dövlət Regional Kollecinin, Mərdan Əlizadə isə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Milli.Az xəbər verir ki, Asim Yusifov bakalavr təhsilini Lənkəran Dövlət Universitetində "İqtisadiyyat" ixtisası üzrə, magistratura təhsilini isə Türkiyənin Karabük Universitetində "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə almışdır. Müxtəlif illərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyində direktor və Astara Pedaqoji Kollecində müəllim olaraq çalışmışdır. O, son təyinatadək Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində müəllim kimi fəaliyyət göstərib.

Mərdan Əlizadə Gəncə Dövlət Universitetində "Tarix və coğrafiya müəllimliyi" ixtisası üzrə bakalavr təhsili almışdır, magistratura səviyyəsi üzrə təhsilini isə hazırda ADA Universitetində "Təhsil üzrə menecment" ixtisası üzrə davam etdirir.

Əmək fəaliyyətinə İmişli rayon Bəcirəvan kənd A.Kərimov adına tam orta məktəbdə coğrafiya müəllimi kimi başlamış, həmçinin "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsinin İmişli və Saatlı rayonları üzrə koordinatoru, Coğrafiya fənninin məzmunu üzrə, Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə və s. kimi ixtisasartırma təlimlərində təlimçi olaraq fəaliyyət göstərmişdir.

M. Əlizadə Almaniyada keçirilən "Keyfiyyətli təhsil üçün xidmət layihəsi" çərçivəsində disleksiya və diskalkuliya təlimində, ADA Universiteti tərəfindən təşkil olunan "Bir Müəllimin Manifesti" ixtisasartırma proqramında, Böyük Britaniyada təşkil olunan "Məktəb liderliyi" və bir sıra digər layihə və proqramlarda iştirak etmişdir.

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.