İdman

Almaniya klubundan “Fənərbağça”ya 15 milyonluq təklif

29 Dekabr 2024 13:25
Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça"nın futbolçusu Sebastian Şimanski "Fiorentina"dan sonra daha bir klubun diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, "Frayburq" polşalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Almaniya klubu 25 yaşlı oyunçu üçün "Fənərbağça"ya 15 milyon avroluq rəsmi təklif göndərib. İstanbul nəhəngi hələ ki, bu təklifə cavab verməyib.

Qeyd edək ki, "Fənərbağça" Sebastian Şimanskini 2023-cü ilin yayında Moskva "Dinamo"sundan transfer edib. Polşa millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. /Bizim.Media

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.