Kriminal

Bakıda qadın tanışlıq istəyinə rədd cavabı verdiyi üçün DÖYÜLDÜ

29 Dekabr 2024 13:16
Baxış: 1 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Sabir Qafarovun (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az -a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Nəsimi Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin edilmiş 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası onun qazancının 10 faizi dövlət nəfinə tutulmaqla bir il müddətə islah işləri cəzası ilə əvəz olunub.

İttihama görə, hadisə bu il metronun "Memar Əcəmi" stansiyasının çıxışında qeydə alınıb. Belə ki, Sabir Qafarov tanış olmaq üçün yaxınlaşdığı zərərçəkmiş Maya Quliyevadan (şərti) rədd cavabı alıb. Bu zaman o, qadını nalayiq ifadələrlə təhqir edib, zərərçəkmiş şəxsin baş və bədən nahiyələrinə qəsdən zərbələr vurub.

Qeyd edək ki, Sabir Qafarov Bakıda MTK-ların birində mühafizəçi işləyir. /pravda.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.