Ölkə

Həqiqi hərbi xidmətə növbəti çağırış başladı

1 Yanvar 2025 09:03
Baxış: 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb.

Milli.Az xəbər verir ki, bu gündən 18 yaşı tamam olmuş, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Eyni zamanda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu gündən yanvarın 30-dək ehtiyata buraxılırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.