Kriminal

35 yaşlı kişi 8 manata görə öldürülüb? - VİDEO

18 May 2025 23:16
Baxış: 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeronda iaşə obyektində qətl hadisəsi törədilib.

Milli.Az xəbər verir ki, hadisə ötən gün Xırdalan şəhərində obyektdə oturan 3 nəfər arasında mübahisə düşdükdən sonar baş verib.

Kafe sahibi bildirir ki, onların mübahisəsini görüb və çölə çıxmalarını xahiş edib.

İddialara görə, borc üstündə başlayan mübahisə nəticəsində 35 yaşlı Heybət Quliyev qətlə yetirilib. Mübahisəyə 8 manat borcun səbəb olduğu bildirilir.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətindən bildirilib ki, cümə günü saat 22 radələrində qətl törədilməsi ilə bağlı polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı İlkin Novruzov saxlanılaraq istintaqa təhvil verilib.

Ətraflı "Xəzər Xəbər"in videomaterialında:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.