İdman

Mahir Emrelidən “Nürnberq”ə het-trikli vida - yenilənib

18 May 2025 19:42
Baxış: 504
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

19:42

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Nürnberq" Almaniyanın 2-ci Bundesliqasında sonuncu - 34-cü tur oyununa çıxıb.

Milli.Az xəbər verir ki, komanda səfərdə "Ayntraxt Braunşvayq"la qarşılaşıb.

Mahir də bu matçda iştirak edib. O, oyuna start heyətdə başlayıb. 

Emreli mövsümün sonunda komandanı tərk edəcəyinə görə, bugünkü matç onun "Nürnberq"də son oyunu olub. Bu matç onun üçün uğurlu olub.

Emreli 10-cu dəqiqədə hesabı açıb. O, 20-ci dəqiqədə komandasının 2-ci, 45+1-ci dəqiqədə isə 3-cü qolunu vurub. O, 20-ci dəqiqədə həm də sarı vərəqə alıb. Komandası isə 4:1 hesabı ilə qalib gəlib və mövsümü 48 xalla 10-cu yerdə başa vurub.

Qeyd edək ki, M.Emreli bu matç da daxil olmaqla 2-ci Bundesliqada 24 oyuna 10 qol vurub. O, əlavə olaraq kubokda da bir matçda fərqlənib. Beləliklə, azərbaycanlı futbolçu Almaniyada mövsümü 11 qolla yekunlaşdırıb.

---------
18:17

Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Nürnberq" Almaniyanın 2-ci Bundesliqasında sonuncu - 34-cü tur oyununa çıxacaq.

Milli.Az xəbər verir ki, komanda səfərdə "Ayntraxt Braunşvayq"la qarşılaşır. Görüş Bakı vaxtı ilə 17:30-da başlayıb. 

Mahir də bu matçda iştirak edir. O, oyuna start heyətdə başlayıb. 

Emreli mövsümün sonunda komandanı tərk edəcəyinə görə, bugünkü matç onun "Nürnberq"də son oyunudur. 

Emreli 10-cu dəqiqədə hesabı açıb. Mahir 20-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. O, 20-ci dəqiqədə həm də sarı vərəqə alıb.

17:30. "Ayntraxt Braunşvayq" - "Nürnberq" - 0:3 (Birinci hissə)

Qolllar: Mahir Emreli, 10 (0:1), 20, (0:2), Justvan, 31 (0:3)

Qeyd edək ki, hazırda "Nürnberq" turnir cədvəlində 45 xalla 10-cu, "Ayntraxt Braunşvayq" isə 35 xalla 16-cıdır. 

M.Emreli bu matça qədər 2-ci Bundesliqada 23 oyuna 7 qol vurmuşdu. O, əlavə olaraq kubokda da bir matçda fərqlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.