İdman

Futbol tarixinin ən yaxşı oyunçusu açıqlandı

18 May 2025 17:33
Baxış: 451
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) futbol tarixinin ən yaxşı 10 oyunçusunun adlarını açıqlayıb. Siyahıya Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi başçılıq edir.

Milli.Az xəbər verir ki, Messi bu günə qədər 8 "Qızıl top", 4 Çempionlar Liqası və 2022 Dünya Çempionluğu da daxil olmaqla zəngin karyera göstəricilərinə malikdir.

IFFHS-in futbol tarixinin ən yaxşı 10 oyunçusu sıralaması belədir:

Lionel Messi (Argentina)

Pele (Braziliya)

Dieqo Maradona (Argentina)

Kriştianu Ronaldu (Portuqaliya)

Yohan Kruiff (Niderland)

Ronaldo (Braziliya)

Zinəddin Zidan (Fransa)

Frants Bekkenbauer (Almaniya)

Alfredo Di Stefano (Argentina/İspaniya)

Ronaldinyo (Braziliya)

Beləliklə, Ronaldinyo da futbol tarixinin ən yaxşıları arasında yer alaraq ilk 10-luğa daxil olub.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.