Türkiyə

İş adamını hədələyən şəxs qadın çıxdı - Mini ətək sirri açdı - FOTOlar

18 May 2025 17:50
Baxış: 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbulun Küçükçekmece rayonunda iş adamı H.S.-yə hədə-qorxu gələn və avtomobilini güllələyən şəxs saxlanılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı təhlükəsizlik kameralarında kişi kimi görünən, idman geyimində olan şəxs, daha sonra mini ətək geyinərək binadan çıxıb və qadın olduğu üzə çıxıb.

Polis araşdırmaları nəticəsində şübhəlinin E.T. adlı qadın olduğu müəyyənləşdirilib.

O, korsan taksi ilə hadisə yerindən uzaqlaşıb, lakin sürücünün ifadəsi sayəsində yerinə çatmaq mümkün olub.

Saxlanılan şübhəli ittihamları inkar etsə də, telefonunda "Sən dəmi tetikçi oldun?" kimi mesajlar tapılıb. Məhkəmə qərarı ilə E.T. həbs edilərək təcridxanaya göndərilib.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.