Ölkə

Uşaqlar üçün müavinət artırılır? - VİDEO

19 May 2025 00:29
Baxış: 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda qızların sayı azalır - Uşaqlar üçün müavinətin artırılması təklif edilir

Bu ilin yanvar-fevral aylarında doğulan 15 min 971 körpənin 53,8 faizi oğlan, 46,2 faizi isə qızdır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu rəqəmlər Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlarda öz əksini tapıb.

Eksperrtlər hesab edirlər ki, oğlan-qız nisbətindəki bu fərqin əsas səbəbi selektiv abortlardır. Bu məsələ ölkədə təhlükəli hal alıb, qızların bioloji artım göstəriciləri oğlanlara nisbətdə enib. Oğlanlar bioloji normadan çox doğulurlar, qızlar isə az. Bəs çıxış yolu nədir?

Sosioloq Üzeyir Şəfiyev deyir ki, bu cür vəziyyət uzunmüddətli dövrdə ölkədə demoqrafik problemə gətirib çıxaracaq. Eyni zamanda genefonda da təsir edəcək.

Ekspert deyir ki, paralel olaraq nəsilvermə əmsalı da kəskin azalıb. 1962-ci ildə bu əmsal Azərbaycanda yüksək səviyyədə olub. Həmin dövrdə bir qadına 6 uşaq düşdüyü halda, indi bu rəqəm təxminən 2-yə enib. Buna görə də dünya üzrə ən kritik ölkələr sırasındayıq. Bu mənada stimullaşdırıcı addım olaraq doğulan qız uşaqlarına verilən birdəfəlik müavinətlər artırıla bilər. İlk uşaqda verilən müavinətdən fərqli olaraq, ikinci və üçüncü qız uşağının doğulması zamanı bu müavinətin daha da artırılması məqsədəuyğun olar. Eyni zamanda, geniş maarifləndirmə işləri də aparılmalıdır.

Videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.