"Söhbət türk millətinin gələcəyindən gedirsə, biz hər kəslə danışmağa hazırıq".
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri Rəcəb Tayyib Ərdoğan siyasi təşkilatın toplantısında deyib.
Prezident eyni zamanda vurğulayıb ki, tənqidlərə, iradlara açığıq:
"Yetər ki, bunlar bu millətin xeyrinə olsun. Məsələyə ideoloji savaşların və tamamən fərqli gündəmlərin vasitəsi kimi yanaşmayan hər kəsin - istər müsbət, istər mənfi - fikri bizim üçün önəmlidir. Çünki biz şəxs, mənfəət siyasəti aparmırıq. Biz xırda siyasətlə məşğul olmuruq, biz ölkə siyasəti aparırıq.
Ölkəmizin qarşısında yeni bir dövrün qapıları açılır. Türkiyə Əsri idealımızı addım-addım gerçəkləşdiririk. Terror zəncirini qırmağın astanasındayıq. Yarım əsrlik səbrimiz artıq öz bəhrəsini verir".
Milli.Az