Hadisə

Azərbaycanda ağır qəza: 3 ölü var - Təfərrüat - YENİLƏNİB - FOTO

13 İyul 2025 20:33
Baxış: 10 404
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Qafqazinfo"nun məlumatına görə, avtomobildə faciəvi şəkildə ölən şəxslər yaxın qohumlar olub.

1971-ci il təvəllüdlü Sərraf Qafarov, 1989-cu il təvəllüdlü Camal Dəmirov və 1987-ci il təvəllüdlü Ramiq Həsənov əkin sahəsində işləməyə gedirmişlər.

Hadisə baş verən zaman onların ərazidə olan başqa bir qohumu hadisəni görsə də, maşının pəncərəsindən içəri dolan su səbəbindən heç birini xilas edə bilməyib.

Onların hər üçünün suda boğularaq öldüyü məlum olub.

Qeyd edək ki, mərhumlar evli olub. Onlardan biri yaxın günlərdə yeni tikdiyi evə köçməyə hazırlaşırmış.

Faktla bağlı araşdırma aparılır.

-------

18:37

Salyan rayonunda avtomobil kanala aşıb, 3 nəfər ölüb

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Parça Xalac kəndində qeydə alınıb.

"QAZ 3111" markalı avtomaşının su kanalına aşması nəticəsində sürücü Salyan rayonunun Parçaxalac kənd sakini, 54 yaşlı Qafarov Sərraf Abbasağa oğlu, sərnişinlər 36 yaşlı Dəmirov Camal Mürşüd oğlu və 38 yaşlı Həsənov Ramiq Vahid oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.