Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda azərbaycanəsilli hərbi qulluqçu həlak olub.
Milli.Az xəbər verir ki, bu barədə Ukraynada yaşayan soydaşımız Anar Natiqoğlu sosial şəbəkədə paylaşım edib.
Məlumata görə, 1982-ci il təvəllüdlü sanitar təlimatçısı Əminə Əli qızı Mehdiyeva iyulun 9-da Dnepropetrovsk vilayətinin Sinelniki rayonunun Novopavlivka qəsəbəsi ərazisində döyüş tapşırığı yerinə yetirərkən həlak olub.
Milli.Az