Ukraynada azərbaycanlı qadın hərbi qulluqçu həlak oldu

13 İyul 2025 17:03

Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda azərbaycanəsilli hərbi qulluqçu həlak olub.

Milli.Az xəbər verir ki, bu barədə Ukraynada yaşayan soydaşımız Anar Natiqoğlu sosial şəbəkədə paylaşım edib.

Məlumata görə, 1982-ci il təvəllüdlü sanitar təlimatçısı Əminə Əli qızı Mehdiyeva iyulun 9-da Dnepropetrovsk vilayətinin Sinelniki rayonunun Novopavlivka qəsəbəsi ərazisində döyüş tapşırığı yerinə yetirərkən həlak olub.

Milli.Az