Milli Məclis 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb.
Milli.Az xəbər verir ki, S.Qafarova Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik məktubu göndərməyi təklif edib.
Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.
Milli.Az