MM İlham Əliyev və Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb

29 Dekabr 2024 13:07

Milli Məclis 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlayıb.

Milli.Az xəbər verir ki, S.Qafarova Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik məktubu göndərməyi təklif edib.

Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.

Milli.Az