Ölkə

24 nəfərin nəşi tibbi ekspertizadan keçiriləcək

29 Dekabr 2024 00:39
Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan vətəndaşlarımızın nəşi müayinə olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Aktau yaxınlığında qəzada həlak olan ekipaj üzvlərinin və 21 sərnişinin nəşləri Bakıya gətiriləndən sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov deyib.

"Vəfat etmiş şəxslərin nəşi xüsusi ayrılmış avtomobillərlə Birliyin şöbələrinə aparılacaq. Bunun üçün 3 şöbə ayrılıb. Şərifzadə küçəsində Patoloji Anatomiya Bürosu, Sabunçu rayonu şöbəsi və Nəsimi rayonu şöbəsi. Morqlarda vəfat etmiş şəxslər müayinə olunacaq, məhkəmə-tibbi ekspertiza aparılacaq, sonra ekspertiza rəyi tərtib edilərək Baş Prokurorluğun İstintaq İdarəsinə təhvil veriləcək", - o bildirib.

Xatırladaq ki, bu gün "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşlərini Bakıya gətirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.