Türkiyə

Narin Güranın qatillərinə hökm oxundu - anası ömürlük...

28 Dekabr 2024 23:34
Baxış: 2 272
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Diyarbəkirdə 8 yaşlı Narin Güranın ölümü ilə bağlı məhkəmə qərarını açıqlanıb.

Milli.Az xəbər verir ki, Narinin cəsədini İftutmaz dərəsinə apardığını etiraf edən Nevzat Bəxtiyar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Narinin anası Yüksel Güran, qardaşı Enes Güran və əmisi Səlim Güran isə ömürlük həbs olunublar. Ömürlük həbs olunanlar Narini əlbir olaraq öldürməkdə təqsirləndiriliblər. Onlar məhkəmə qərarı ilə razılaşmayaraq etiraz ediblər. 

Qeyd edək ki, Türkiyənin Diyarbəkir bölgəsində itkin düşən Narin Güran 19 günlük axtarışlardan sonra Tavşantəpə (Dovşantəpə) kəndi ərazisində tapılıb. Onun ayağında sınıq və boynunda şübhə doğuran ləkə aşkarlanıb. Həmçinin cəsədin həddindən artıq deformasiyaya uğradığı bildirilib.

İstintaq çərçivəsində Narinin 8 nəfər qohumu həbs olunub. (unikal)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.