Dünya

Zelenski onları “mafioz” adlandırdı"

28 Dekabr 2024 13:13
Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna prezidenti Vladimir Zelenski "Gürcü arzusu" partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etdiyinə görə ABŞ hakimiyyətinə təşəkkür edib.

Milli.Az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında bildirib.

"Mən ABŞ-a gürcü xalqını və bütün regionumuzu dəstəkləmək üçün atdığı güclü addıma görə minnətdaram. İvanişvili bu gün Tbilisidə faktiki hökmdardır və Gürcüstanı Putinin nəzarəti altına almaq üçün hər şeyi edir. Demokratiyanın məhv edilməsi və Rusiyanın cinayətkar təsirinin yayılması bütün region, bütün xalqlar üçün təhlükə yaradır", - Zelenski bildirib.

O vurğulayıb ki, Ukrayna artıq İvanişviliyə və onun "mafiya qrupunun əsas şəxsləri"nə qarşı sanksiyalar tətbiq edib.

Ukrayna prezidenti həmçinin xalqların azadlığına dəyər verən avropalı tərəfdaşları ölkələrinin müstəqilliyini məhv etdikləri üçün Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

"Biz inanırıq ki, heç bir mafioz gürcü xalqının azad həyat arzusunu oğurlaya bilməyəcək", - Zelenski yekunlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.