Ölkə

26 yaşlı Raminin atası: "Özünə isti paltarlar almışdı ki, ora soyuqdur" - VİDEO

26 Dekabr 2024 23:20
Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün qəzaya uğrayan təyyarənin sərnişinlərindən biri də Şəmkir rayonu, Yuxarı Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Ramin İbrahimovdur.

Milli.Az APA TV-yə istinadən xəbər verir ki, atası Mahir İbrahimov bildirib ki, oğlu Çeçenistana işləməyə gedirmiş.

"Subay idi, qardaşı qəza ilə bağlı sosial şəbəkələrdən öyrənib, mən də televiziyada gördüm. Hamı təlaşla ora-bura qaçırdı, baxdım ki, oğluma oxşayanlar var amma seçə bilmədim. Özünə isti paltarlar almışdı ki, ora soyuqdur. Axşam da yola saldıq, getdi. Sonuncu dəfə 8 radələrində danışdıq, dedi ki, gömrüyü keçib, təyyarəni gözləyir".

Ətraflı süjetdə:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.