Ölkə

“Hər şey yaxşı olacaq” deyən Hökumənin FOTOları

26 Dekabr 2024 23:05
Baxış: 1 088
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Qroznı reysi ilə uçan "AZAL"ın sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. 

Milli.Az xəbər verir ki, həlak olanlar arasında sərnişinləri son ana qədər sakitləşdirməyə çalışan, "Hər şey yaxşı olacaq" deyən stüardessa Hökumə Əliyeva da var.

Qeyd edək ki, Hökumə Əliyeva 1991-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. 612 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Daha sonra təhsilinin magistr və doktorantura pillələrini də bitirib. 2016-cı ildən hava yollarında əvvəlcə tərcüməçi kimi işə başlayıb, daha sonra stüardessa kimi fəaliyyət göstərib. Yaxın günlərdə isə AZAL-da hüquqşünas kimi işə başlayacaqdı. /"Unikal"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.