Siyasət

Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılıb

27 Dekabr 2024 13:47
Baxış: 366

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Milli.Az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılıb.

Belə ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidindən 156-ya çatdırılır. Agentliyin Aparatı üzrə ştat vahidi 63-dən 68-ə qaldırılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.