COVID-19-dan sonra insanlarda böyrək funksiyaları daha sürətlə zəifləyir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveçin Karolinska İnstitutunun alimləri müəyyən ediblər ki, böyrək funksiyaları koronavirus infeksiyasından sonra adi pnevmoniya və ya digər kəskin respirator xəstəliklərdən (KRX) sonrakına nisbətən təxminən 47 % daha sürətlə zəifləyir.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələri "JAMA Network Open" jurnalında dərc edilib.
Alimlər bu nəticələrə böyrək xəstəliklərinin inkişaf mexanizmlərini və onlarla əlaqəli risk faktorlarını öyrənmək məqsədilə yaradılmış SCREAM layihəsinin məlumatlarının təhlili zamanı gəliblər. Tədqiqat paytaxt Stokholmun 1,3 milyondan çox sakininin məlumatlarını əhatə edir.
Layihə iştirakçılarının sağlamlıq vəziyyəti, o cümlədən keçirilmiş infeksiyalar haqqında məlumatlar əsasında alimlər COVID-19-un böyrək funksiyasına təsirini təhlil ediblər. Araşdırma göstərib ki, koronavirus infeksiyası böyrəklərin işinin ən vacib göstəricilərindən biri olan yumaqcıq filtrasiyası (YF) nisbətinin düşməsini əhəmiyyətli dərəcədə sürətləndirir. Bu azalma sağalmadan sonra ən azı iki il davam edir.
Xüsusilə vacib olan odur ki, COVID-19 böyrəklərə digər ağciyər infeksiyalarından, məsələn, pnevmoniyadan daha güclü təsir göstərir. COVID-19 keçirənlərdə yumaqcıq filtrasiyası sürəti digər KRX keçirənlərə nisbətən 47 % daha sürətlə azalıb.
Bundan başqa, keçirilmiş COVID-19 böyrəklərin filtrasiya qabiliyyətinin kəskin azalması riskini 20 % artırır ki, bu da YF-nin 25 % və daha çox düşməsində özünü göstərir. Bu risk xəstəliyin ağır formaları ilə xəstəxanaya yerləşdirilmiş pasiyentlər arasında xüsusilə yüksəkdir (42 %-ə çatır).
Elm adamları mümkün pozuntuların vaxtında aşkarlanması üçün COVID-19 keçirmiş bütün xəstələrdə böyrəklərin müntəzəm müayinəsinin vacibliyini vurğulayıblar./"Report"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb - (Foto)
-
Bakıda mənzillər bir ayda 14% bahalaşdı - Ən çox artım hansı rayondadır?
-
Böyük dünyanın kiçik qəhrəmanları: Rezo Qabriadzenin kuklaları Bakıda - (Foto)
-
“Kızılcık Şerbeti”nin aktrisasının bu səhnəsi gündəm oldu - (Video)
-
Rayonların büdcəyə nə qədər gəlir gətirəcəyi bəlli oldu
-
KTMT Ermənistana qarşı sərt qərar verə bilər
-
Cemre Baysel "Beşiktaş"ın futbolçusu ilə sevgilidir?
-
Pensiyaçılar, uşaqlar və işləyənlər üçün yanvardan yeni məbləğlər açıqlandı
-
Zelenski Melaniya Trampı ordenlə təltif etdi
-
“Qarabağ”ın futbolçusu ilk dəfə ölkəsinin millisində
-
Ev almaq istəyənlərə şad xəbər
-
"Sabah"ın "Vikinq"lə matçı bu kanalda yayımlanacaq
-
Avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejiminə keçir
-
Gələn il pensiyalar bu qədər artırılacaq - Rəsmi
-
Bakıda X5 klinikaya çırpıldı - (Foto)
-
“Qalatasaray”lı Batrakovun xanımından gözlənilməz qərar
-
Röyanın səhnə geyimi diqqət çəkdi – (Video)
-
Braziliya millisinin futbolçusu “Trabzonspor”da oynamaq istəyir: "Məni alın"
-
Qazaxda bıçaqlanan kişi Səməd Vurğunun qohumu imiş - Təfərrüat
-
İran sərhədindən Azərbaycana keçmək istəyən 4 əfqan saxlanıldı
-
5 günlük leysan gəlir - Temperatur 10 dərəcə enəcək - Proqnoz
-
“Trendyol”da noyabr endirimləri - Bu noyabr da hər kəs “Trendyol”da!
-
"Alimlər arasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi elmi inkişaf üçün mühüm əhəmiyyət daşıyır"
-
İctimai nəqliyyatda hər 4-cü gediş cəmi 1 qəpik olacaq





