Dünya

Lukaşenko və Paşinyanın Aİİ sammitində söz davası - VİDEO

26 Dekabr 2024 21:43
Baxış: 1 510
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti zamanı növbəti iclasda Ermənistan nümayəndə heyətinin iştirak formatı barədə mübahisə ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mübahisə Paşinyanın Ermənistan nümayəndə heyətinin 2025-ci ilin mayında Minskdə Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında distant formatda iştirak edəcəyini deməsindən sonra başlayıb.

"Sizin probleminiz nədir, Minsk bu qədər uzaqdır və sizi aparan yoxdur? Əgər lazımdırsa, biz sizi apararıq", - deyə Lukaşenko hiddətlənib.

Paşinyan cavab verib ki, o, "bu məsələ ilə bağlı artıq açıq bəyanat verib və bu bəyanat qüvvədə qalır".

Qeyd edək ki, Ermənistanın baş naziri koronavirusa yoluxduğu üçün Aİİ-nin hazırkı sammitində videobağlantı vasitəsilə danışıb. Lukaşenko tədbirdə şəxsən iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.