Ölkə

Bakıya gətirilən yaralı şəxslərin müalicə və müayinəsinə hazırlıq görülüb

26 Dekabr 2024 19:57
Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 30-a qədər mütəxəssis, tibb heyəti Aktau şəhərinə göndərildi.

Milli.Az xəbər verir ki, bu barədə bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini İlqar Qasımov bildirib.

O qeyd edib ki, bu gün 7 nəfər xəsarət alan şəxs Bakıya gətirildi.

"Gün ərzində ikinci təyyarə də gözlənilir, orada da 7 nəfər şəxs olacaq və xəstəxanaya yerləşdiriləcək. Hazırda biz müalicə və müayinəyə hazırıq. Gətirilən şəxslər arasında vəziyyəti orta-ağırlıqda olan şəxslər var. 3 nəfər ağır vəziyyət olan şəxs Aktau şəhərindədir. Onların evakuasiyası məqsədəuyğun deyil. Bütün xəstələr "Yeni Klinika"ya göndəriləcək", - deyə nazir müavini bildirib.

Qeyd edək ki, daha öncə "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Yaralıları gətirən FHN-nin xüsusi təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.