Arda Turan La Liqa klubunun baş məşqçisi ola bilər.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, türkiyəli mütəxəssis İspaniya La Liqasında Çempionlar Liqası səviyyəsində bir klubla razılaşmaq üzrədir.
Onun 10 gün ərzində "Eyüpspor"dan ayrılması gözlənilir.
Qeyd edək ki, Arda məşqçilik karyerasına 2023-cü ilin aprelində "Eyüpspor"da başlayıb.
Xatırladaq ki, Turan futbolçu karyerasında İspaniyanın "Atletiko" və "Barselona" klublarında formda geyinib.
Milli.Az