Ölkə

Yeni İES-in tikilməsi Naxçıvana nə vəd edir? - RƏSMİ AÇIQLAMA

27 Dekabr 2024 09:12
Baxış: 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvanda yeni istilik elektrik stansiyasının tikintisinə dair sərəncam da çox əhəmiyyətlidir.

Milli.Az xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Tural Murtuzəliyev bildirib.

"Ehtimal olunan qiymətinə görə bu, muxtar respublikada icra olunacaq ən irihəcmli layihədir. İstilik elektrik stansiyasının iki əsas faydası olacaq. Birincisi, muxtar respublikanın enerji dayanıqlılığı tam təmin olunacaq, bütün hallarda enerji təminatının tam müstəqilliyi bərpa olunacaq.

İkinci əsas məsələ isə ondan ibarətdir ki, muxtar respublikada alternativ və bərpaolunan enerji potensialının istifadə olunması üçün balans rolunu oynayacaq. Bu, muxtar respublikanın enerji ixracını təmin etmək üçün birbaşa dəstəkdir. İxrac olunması nəzərdə tutulan enerjini çaylarda suların az olduğu, günəşli saatların olmadığı dövrdə enerjini təmin etməkdə əvəzolunmaz rol oynayacaq", - deyə Tural Murtuzəliyev bildirib.

O qeyd edib ki, Prezidentin "Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanı da muxtar respublikada enerji təhlükəsizliyinin gücləndirilməsi, su təchizatının dayanıqlığının artırılması, eyni zamanda, infrastrukturun modernləşdirilməsinə ciddi tövfələr verəcək.

"Bu, eyni zamanda, muxtar respublikanın ölkənin əsas enerji sisteminə qoşulmasının və ixracın təmin olunmasının ən əhəmiyyətli addımlarından biridir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.