Ölkə

Təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib

27 Dekabr 2024 09:21
Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxstanın Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib.

Milli.Az xəbər verir ki, Bakı-Qroznı marşutu ilə hərəkət edən, Qazaxstanın Aktau şəhərində qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan sərnişinlərdən Balakən rayon sakini 1998-ci il təvəllüdlü Ramazan Nərman oğlu Filiyevin nəşi rayona gətirilərək bu gün səhər saatlarında ailəsinə təhvil verilib.

R.Filiyev saat 10 radələrində doğulduğu Şərif kənd qəbirsanlığında dəfn olunacaq.

Qeyd edək ki, R.Filliyev iki il əvvəl ailə qurub, onun 10 aylıq oğlan körpəsi var.

Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayon sakini olub, onlardan 10 nəfəri qəza zamanı həyatını itirib./APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.