Hadisə

Qızardılmış toyuq yedikdən sonra öldü

27 Dekabr 2024 08:38
Baxış: 1 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Dənizli şəhərinin Merkezefendi rayonunda may ayında dünyasını dəyişən qadının toyuqdan zəhərlənərək öldüyü müəyyən edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, boşandığı əri Ümit Yeşil ilə birlikdə yaşayan Cennet Özveren adlı qadın mayın 12-də yatağında ölü tapılıb.

Ümit Yeşil polisə verdiyi ifadəsində hadisədən bir gün əvvəl qızardılmış toyuq aldıqlarını, onu yedikdən sonra zəhərləndiklərini və xəstəxanada müalicə olunduqlarını bildirib. Bu səbəbdən Özverenin ölümü şübhəli bilinib və cəsədi autopsiya üçün Antalya Ədliyyə Tibb Qurumuna göndərilib. Ötən gün açıqlanan autopsiya hesabatında qadının toyuqdan zəhərləndiyi və buna görə həyatını itirdiyi qeyd edilib.

Özveren və Yeşilin qızardılmış toyuq aldıqları mağazanın müdiri həbs olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.