Dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.
Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, bundan əvvəl, dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, dekabrın 24-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin dekabr ayının pensiya ödənişləri həyata keçirilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.
Milli.Az