Cəmiyyət

"9-cu sinif sagirdlərinə deyərəm səni aparıb bilirsən də nə edərlər" - İDDİA

26 Dekabr 2024 20:19
Baxış: 1 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunun 7 saylı tam orta məktəbində təhsil alan bir şagird dil-ədəbiyyat fənnini tədris edən Aytən Rəsulova tərəfindən təhqir edilərək döyülüb.

Milli.Az xəbər verir ki, bu barədə sosial şəöbəkələrdə iddia olunur.

Hadisənin baş verməsinə səbəb Rəsulovanın rəhbərlik etdiyi sinif şagirdi ilə 7 S sinif şagirdinin arasındakı mübahisə olub.

İddialara görə, müəllimə də iki şagirdi barışdırmaq əvəzinə şagirdi məktəb koridorunda yaxasından tutub sürüyərək sinfə salıb. Sinif şagirdlərinin qarşısında deyib ki, "9-cu sinif sagirdlərinə deyərəm səni aparıb bilirsən də nə edərlər"  daha sonra şagirdin sifətinə yağlı qapaz vurduqdan sonra qeyri-etik söz işlədib.

Hadisə ilə bağlı Göyçay təhsil idarəsindən hələ ki hər hansı bir açıqlama verilmir, lakin ekspertlər və valideynlər bu cür hadisələrin təhsil sistemindəki neqativ tendensiyaların daha da dərinləşməsinə səbəb olacağını qeyd edirlər. 

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.