Təyyarə qəzasında ölən qadının FOTOSU

26 Dekabr 2024 09:42

AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olanlar arasında 49 yaşlı Qazaxıstan vətəndaşı Qauxar Şaymerdenova və onun 11 yaşlı oğlu da var.

Milli.Az qlobal.net-ə istinadən xəbər verir ki, Qauxar Şaymerdenova  Asatana sakini imiş, notarius işçisi kimi fəaliyyət göstərirmiş. Mərhumun yaxın dostu olan qazaxıstanlı aparıcı Sandy Sultan onun haqda belə deyib:

"Qauxar 9 il əvvəl mənimlə təhsil almağa gəlmişdi, o vaxtdan biz dostuq. Çox mehriban, qayğıkeş, diqqətli, səmimi biri idi. Müstəqil, azadlıqsevən adam idi, səyahət etməyi sevirdi".

Milli.Az