Hadisə

Həlak olan 10 nəfərin şəxsiyyəti məlum oldu - Dördü azərbaycanlıdır - VİDEO

26 Dekabr 2024 17:42
Baxış: 1 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olan 10 nəfərin şəxsiyyəti müəyyənləşib.

Milli.Az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib.

Belə ki, 4 Azərbaycan, 3 Rusiya və 3 Qazaxıstan vətəndaşının cəsədinin kimliyi müəyyən edilib:

"Onların arasında üç Qazaxıstan, üç Rusiya və dörd Azərbaycan vətəndaşı var", - deyə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Nərmin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.