Hadisə

33 yaşlı kişi faciəvi şəkildə öldü

18 Yanvar 2026 13:25
Baxış: 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkirdə 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az-ın məlumatına görə, 1993-cü il təvəllüdlü A.Məmmədov evin həyətində yerləşən tövlənin dam örtüyündən ot bağlaması düşürərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılıb və bu vaxt onun başı beton səthə çırpılıb.

Ağır xəsarət alan zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.