Ölkə

İki dəfə eniş cəhdi olub - Qazax nazirdən açıqlama

26 Dekabr 2024 21:17
Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"AZAL-ın təyyarəsi Aktauda qəzaya uğramazdan əvvəl iki dəfə eniş cəhdi edib".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.

"Ekipaj Aktau aerodromunun uçuş-enmə zolağına yaxınlaşmaq üçün iki cəhd edib. Bu zaman təyyarənin hündürlüyündə xaotik dəyişikliklər müşahidə edilib.

Hava limanının qəza xidmətləri təyyarəni qəbul etməyə hazır idi. Ekipaj Qazaxıstanın hava məkanına daxil olduqdan sonra Aktau şəhərinin qüllə dispetçeri ilə əlaqə yaradıb. Dispetçer təyyarənin aerodroma enməsi üçün bütün lazımi tədbirləri operativ şəkildə həyata keçirib. Bundan əlavə, uçuş-enmə zolağı ilə vizual əlaqənin qurulmasını asanlaşdırmaq üçün zolağın işıqları yandırılıb", - Karabayev qeyd edib.

Nazirin sözlərinə görə, saat 11:28-də ekipajla əlaqə itib və təyyarə qəza enişi edib. Aktau hava limanının xilasetmə xidməti dərhal hadisə yerinə gəlib və sərnişinlərin təxliyəsinə başlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.