Ölkə

Azərbaycan Qazaxıstana həkim və tibb bacıları qrupu göndərir

27 Dekabr 2024 12:21
Baxış: 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycandan Qazaxıstana həkim və tibb bacıları qrupu göndəriləcək

Trend xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Yeni Klinika"a yerləşdirilən yaralıların son vəziyyəti barədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Qazaxıstanda üç vətəndaşımızın müalicəsi davam etdirilir.

"Həmin şəxslərin vəziyyəti orta ağırdır. Daima Qazaxıstan Səhiyyə Nazirliyi ilə əlaqədəyik. Vəziyyət nəzarət altındadır. Buna baxmayaraq, vəziyyəti tam idarə etmək üçün bu gün Azərbaycandan oraya həkim və tibb bacıları qrupu göndəriləcək. Biz beləliklə oradakı prosesləri tam tənzimləyəcəyik", - deyə o əlavə edib.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.