Hadisə

Məktəbli qızlara təcavüz olundu

25 Avqust 2023 22:57
Baxış: 1 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sankt-Peterburqda hüquq-mühafizə orqanlarına pedofillərin azyaşlılara qarşı zorakılıq etməsi ilə bağlı iki şikayət daxil olub.

Milli.Az lent.az-a istinadən bildirir ki, əvvəlcə 7 yaşlı qızın anası hüquq-mühafizə orqanlarına avqustun 23-də qızının təcavüzə məruz qaldığını bildirib.

Əməliyyat keçirən polis əməkdaşları Pulkovo şossesində şübhəli şəxsi saxlayıblar. Artıq ona qarşı cinayət işi açılıb.

Daha sonra polisə bəyanat verilib və orada bildiriblər ki, Bolşaya Podyaçeskaya küçəsində 15 yaşlı məktəbli qıza da təcavüz edilib.

Cinayətlə bağlı araşdırmalara başlanılıb. Hazırda hüquq-mühafizə orqanları cinayətkarı axtarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.