Hadisə

Qızı saçının rənginə görə döyüb fəvvarəyə atdılar - VİDEO

3 Avqust 2023 19:25
Baxış: 1 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Kamensk-Uralski bölgəsində 18 yaşlı qıza saç rənginə görə hücum ediblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, bir kişi gənc qıza hücum etdikdən sonra onu fəvvarəyə atıb.

Məlumata görə, fəvvarələr meydanında oturan kişi küçədən keçən qızın görkəmini, xüsusən də saç rəngini bəyənməyib. Buna görə də qıza yaxınlaşaraq onu narahat edib. Daha sonra qızı döyüb, hətta əlindəki yeməyi də üstünə töküb.

Ətrafdakılar əvvəlcə məsələyə müdaxilə etməsələr də, sonra qıza kömək ediblər. Hadisə ilə bağlı polisə müraciət edilib. Hazırda şəhər polisi həmin şəxsin tapılması üçün axtarışlar aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.