Hadisə

Goranboyda 27 yaşlı qadın itkin düşüb - FOTO

8 Aprel 2023 12:34
Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboyda qadın itkin düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu haqda itkin düşən qadının atası Seymur Əhmədov məlumat verib. O bildirib ki, qızı Goranboy rayonunun Faxralı kənd sakini 1996-cı il təvəllüdlü Əhmədova Rəvanə Seymur qızı martın 23 də saat 16:00 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

Hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət edilib. Hazırda qadının axtarışları davam edir.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Goranboy Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.